Hollandiyanın baş məşqçisi millimizdən danışdı

Hollandiyanın baş məşqçisi millimizdən danışdı
"Bu mərhələdə zəif rəqib olmur. Püşkatma bizim üçün daha pis nəticələnə bilərdi". Fanat.az xəbər verir ki, bu sözləri Futzal üzrə Hollandiya yığmasının baş məşqçisi Marsel Lusveld dünya çempionatına vəsiqə qazanmaq üçün Azərbaycana qarşı keçirəcəkləri "pley-off" oyunlarından danışıb. 
Rəqib çalışdırıcı millimizin güclü rəqib olduğunu bildirib: "Dünya çempionatına Avropadan cəmi yeddi komanda yollanacaq. Bu üzdən də bizi çox güclü rəqiblə oyunlar gözləyir".
Qeyd edək ki, Azərbaycan və Hollandiya arasındakı ilk oyun martın 22-də, cavab görüşü isə aprelin 12-də baş tutacaq. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər