Hollandiyalı əfsanə "Ayaks"dan rüsvayçı şəkildə ayrıldı

Hollandiyalı əfsanə "Ayaks"dan rüsvayçı şəkildə ayrıldı

"Arsenal", "Barselona" və "Ayaks"ın keçmiş oyunçusu Mark Overmars artıq Amsterdam klubunun idman direktoru deyil. 

Fanat.Az xəbər verir ki, son on ildə "Ayaks"da çalışan Overmars keçmişdə klubdakı qadın həmkarlarına qeyri-etik məzmunlu mesajlar göndərdiyi üçün getməyə məcbur olub. 

Klub bunu təsdiqləyərək ictimaiyyətə bildirib.

Overmars da bu barədə qısaca danışıb:  "Utanıram. Keçən həftə işim və davranışımla bağlı hesabatlarla qarşılaşmalı oldum, klubdakı hər kəs xəbər tutdu. Təəssüf ki, bununla sərhədi keçdiyimi dərk etmədim, amma bu, son günlərdə mənə izah edildi. İnanılmaz təzyiq hiss edirəm və üzr istəyirəm... Əlbəttə, mənim davranışım çoxları üçün qəbuledilməzdir, amma indi çox gecdir. "Ayaks"dan ayrılmaqdan başqa çarə görmürəm. Bunun mənim şəxsi həyatım üçün nəticələri var, indi bağışlamağı diləyirəm".

Mark Overmars bu yaxınlarda "Ajaks"ın idman direktoru kimi müqaviləsini 2025/26 mövsümünün sonuna qədər uzatmışdı. Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər