Holandın uşaqlığı şəkillərdə: "Borussiya"nın məşqinə "Lids" geyimində...

Holandın uşaqlığı şəkillərdə: "Borussiya"nın məşqinə "Lids" geyimində...

"Mançester Siti" Erlinq Holandın transferi ilə bağlı Dortmund "Borussiya"sı ilə razılaşdıqlarını rəsmi olaraq elan edib.  Norveçli futbolçu ilə transferin xırda detallarını həll etmək qalıb.

Fanat.Az xəbər verir ki, bu günlərdə sosial şəbəkələrdə gənc Erlinqin "Siti"nin 2008/09-cu illər mövsümündən olan forması ilə fotosu populyarlıq qazanıb. 

Məqalədə norveçli ulduzun uşaqlığı ilə bağlı maraqlı şəkillərdən bəhs olunacaq.

Holandın uşaqlığı şəkillərdə: "Borussiya"nın məşqinə "Lids" geyimində...

2008/09-cu illər mövsümündə Robinyo, Valeri Bojinov, Çad Evans, Benjamin Mvaruvari, Kreyq Bellami, Felipe Kaysedo, Daniel Starric və Darius Vassel klubun tanınmış ulduzları idi.

"Mançester Siti" əsaslı şəkildə ümid edə bilər ki, Holand bu siyahıda digərlərindən üstün olacaq. 

Qeyd etməliyik ki, Holandın "Lids" klubuna da xüsusi bağlılığı var.

2000-ci ilin yayında Erlinqin atası Alf-İnq Holand 2,5 milyon funt sterlinqə "Lids Yunayted"dən "Mançester Siti"yə keçmişdi. 

Erlinq Norveçin "Aftenposten" nəşrinə açıqlamasında: "Arzum "Lids"lə Premyer Liqanı qazanmaqdır", - demişdi.

Futbolçu 18 yaşında "Lids Yunayted"in şərəfini qorumağı planlaşdırırdı, amma "Zaltsburq" variantı İngiltərə klubunun təklifindən üstün oldu.

Holandın uşaqlığı şəkillərdə: "Borussiya"nın məşqinə "Lids" geyimində...Holand "Borussiya"nın məşqinə Lids şortunda gəlib.

Növbəti şəkildə Erlinq böyük qardaşı Astorun qucağındadır. Qardaşlar "Maçnçester Siti"nin formasındadırlar. Bu da təsadüfi deyil, onların atası Alf-İnq Holand "Siti"də üç mövsüm keçirib.

Holandın uşaqlığı şəkillərdə: "Borussiya"nın məşqinə "Lids" geyimində...

Holandın Qabriella adlı bir bacısı da var. Şəkildə göy-mavi formanı geyən məhz odur. Holand isə İngiltərə millisinin formasındadır:

Holandın uşaqlığı şəkillərdə: "Borussiya"nın məşqinə "Lids" geyimində...

Daha sonra uşaqlar böyüyür, amma futbol atributları dəyişilməz olaraq qalır: 

Holandın uşaqlığı şəkillərdə: "Borussiya"nın məşqinə "Lids" geyimində...

Alf-İnq Holand təqaüdə çıxdıqdan sonra ailə Norveçin Qərb bölgəsində küləkli və yağışlı Brüne şəhərinə köçür. Orada Erlinq 5 yaşında olarkən tanınmamış futbol məktəbində 40-45 uşaq arasında təhsil alırdı.

Maraqlı faktlardan biri də ondan ibarətdir ki, 15 yaşında ikən Holand "Brüne" klubunun heyətində Norveçin ikinci divizionunda əsas heyət oyunçusu olub.

Holandın uşaqlığı şəkillərdə: "Borussiya"nın məşqinə "Lids" geyimində...

2014-cü il. Erlinq Yaya Ture, Samir Nəsri və Xesus Navasın qolları ilə yadda qalan İngiltərə Liqa Kubokunun finalını izləmək üçün ailəsi ilə Uembliyə gəlib:

Holandın uşaqlığı şəkillərdə: "Borussiya"nın məşqinə "Lids" geyimində...

2017-ci ilin noyabrında Erlinq atası ilə “şəhərlilər”in “Feyenoord”a qarşı Çempionlar Liqasında ev oyununa baxır: 

Holandın uşaqlığı şəkillərdə: "Borussiya"nın məşqinə "Lids" geyimində...

Növbəti mövsümdən etibarən Holand dünyanın ən tanınmış və güclü klublarından birinin şərəfini qoruyacaq. Əlbəttə ki, dünyanın ən güclü futbolçularından biri olaraq.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər