Holand rekorda imza atdı

Holand rekorda imza atdı
Dortmund "Borussiya”sının hücumçusu Erlinq Holand Almaniya Bundesliqasında yeni rekorda imza atıb.
 
Fanat.Az xəbər verir ki, norveçli futbolçu buna mövsümün sonuncu – 34-cü turu çərçivəsində baş tutan "Bayer”lə ev oyununda nail olub.
 
Komandasının 3:1 hesabıyla qalib gəldiyi görüşdə Erlinq dublla yadda qalıb. Bununla da o, Bundesliqada vurduğu qolların sayını 40-a çatdırıb. Norveç millisinin forvardı Almaniya çempionatında 40 qol vurmağı bacaran ən gənc (20 yaş, 305 gün) futbolçu ünvanına sahib çıxıb.
 
Holand Bundesliqanın 2020/21 mövsümündə 27 qol vurub. O, ikinci olan "Ayntraxt”ın hücumçusu Andre Silvadan (28) cəmi bir qol az vurub. Ən yaxşı bombardir isə Almaniya çempionatları tarixində bir mövsümdə vurulan qolların sayına görə rekord müəyyənləşdirən Robert Levandovski olub. "Bavariya”nın hücumçusu bu mövsüm 41 qola imza atıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər