Holand, De Brüyne və Keyndən Türkiyəyə dəstək

Holand, De Brüyne və Keyndən Türkiyəyə dəstək

"Yuventus"un türkiyəli futbolçusu Merih Demiralın başlatdığı yardım kampaniyasına daha 3 ulduz futbolçu qoşulub. 

Fanat.Az xəbər verir ki, "Mançester Siti"dən Erlinq Holand ilə Kevin De Brüyne, eləcə də "Tottenhem"dən Harri Keyn zəlzələ qurbanlarına yardım edəcək. 

Onlar hərraca çıxarılması üçün imzalı formalarını Demirala göndəriblər. 

Qeyd edək ki, daha öncə Merih portuqaliyalı ulduz Kriştianu Ronaldu və "Roma"dan Paulo Dibalanın imzalı formasını hərraca çıxartmışdı. 

Xatırladaq ki, Türkiyədə fevralın 6-da baş verən zəlzələ nəticəsində 17 674 nəfər ölüb, daha 72 879 insan yaralanıb.

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər