Holand darmadağına belə münasibət bildirdi

Holand darmadağına belə münasibət bildirdi

İngiltərə Premyer Liqasının (İPL) 14-cü turunda "Nottingem Forest"i 3:0 hesabı ilə məğlub edərək yeddi oyunluq qələbəsizlik həsrətinə son qoyan "Mançester Siti"nin hücumçusu Erlinq Holand darmadağına münasibət bildirib.

Fanat.Az xəbər verir ki, "şəhərlilər"in norveçli forvardı şəxsi "X" hesabında belə yazıb:

"Çətin mübarizədən sonra əla qələbə oldu! Gəlin keçmişi unudaq və gələcəyə baxaq".

Xatırladaq ki, "Siti"nin qollarına Bernardu Silva, Kevin De Bröyne və Jeremi Doku imza atıb. Bu qələbə sayəsində xallarının sayını 26-ya çatdıran MS İPL-in turnir cədvəlində 4-cü pillədə mövqe tutub. Lider "Liverpul"un 35 xalı varsa, növbəti pillələrdə hərəyə 28 xalla "Çelsi" və "Arsenal" qərarlaşıblar.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər