Həsənalızadə Türkiyədə fərqləndi

Həsənalızadə Türkiyədə fərqləndi

Türkiyə 1-ci liqasında 29-cu turun matçları keçirilib.

Fanat.Az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Bəxtiyar Həsənalızadənin formasını geyindiyi “Tuzlaspor” da növbəti matçına çıxıb.

İstanbul klubu səfərdə “Girəsunspor”la qarşılaşıb və 3:0 hesablı qələbəyə sevinib.

Həsənalızadə də bu matçın iştirakçısı olub. 31 yaşlı futbolçu görüşü əvəzolunmadan keçiribb, 90-cı dəqiqədə sarı vərəqə alıb. O, komandasının son qolunda məhsuldar ötürmə ilə də yadda qalıb.

“Tuzlaspor” 31 xalla 15-ci pillədədir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər