Hərəyə 13 qolla ÇL-in bombardiri oldular

Hərəyə 13 qolla ÇL-in bombardiri oldular

UEFA Çempionlar Liqasında 2024/2025 mövsümünün ən yaxşı bombardirləri bəlli olub.

Fanat.Az xəbər verir ki, Dortmund "Borussiya"sının mərkəz hücümçusu Seru Girassi və "Barselona"nın vingeri Rafinya hərəyə 13 qolla zirvədə qərarlaşıblar.

Robert Levandovski ("Barselona") və Harri Keyn ("Bayern Münhen") hərəyə 11, Lautaro Martines ("İnter") 9, Usman Dembele (PSJ), Erlinq Holand ("Mançester Siti") və Vinisius Junior ("Real Madrid") isə hərəyə 8 qolla yadda qalıblar.

Xatırladaq ki, turnirin final matçı dünən keçirilib. PSJ həlledici qarşılaşmada "İnter"i 5:0 hesabı ilə yenib.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər