"Hər şey pulla olsaydı, "Mançester Yunayted" bütün titulları qazanardı"

"Hər şey pulla olsaydı, "Mançester Yunayted" bütün titulları qazanardı"

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola İngiltərə Premyer Liqasını təmsil edən klubların böyük pullar xərcləməsinin ciddi uğura zəmanət vermədiyini deyib.

Fanat.Az-ın məlumatına görə, tanınmış insayder Fabritsio Romano onun sözlərini şəxsi "X" hesabı üzərindən belə çatdırıb:

"Hər şeyi pula bağlamaq olmaz. Hər şey pulla olsaydı, "Mançester Yunayted" bütün titulları qazanardı. "Çelsi" və "Arsenal" da həmçinin... Son beş-altı ildə onlar "Mançester Siti"dən çox pul xərcləyiblər".

Xatırladaq ki, hazırda İPL-in turnir cədvəlinə 37 oyuna 86 xal toplayan "Arsenal" başçılıq edir. 85 xala malik MS ikinci sırada mövqe tutub. Qvardiolanın komandası "topçular"dan 1 oyun az keçirib.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər