"Hər iki tərəfdə istək var idi" - Rəşad Sadıqov

"Hər iki tərəfdə istək var idi" - Rəşad Sadıqov
"Zirə”nin baş məşqçisi Rəşad Sadıqov bu gün "Sabah”la yoxlama oyunundan sonra (0:0) fikirlərini bölüşüb.
 
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, 39 yaşlı mütəxəssis belə danışıb:
 
"Hər iki komanda istəkli idi. İlk oyun olmasına baxmayaraq, hər iki tərəfdə istək var idi. İlk oyun olduğuna görə bəzi şeylər alınmırdı. Əsas olan oyundan çox futbolçuların yüklənmələri idi. Bu yüklənməni ala bildik. Getdikcə futbolçuların qazandığı vaxt da artacaq. Get-gedə daha çox çalışacağıq ki, yeni mövsümün ilk turuna qədər tam formada ola bilək”.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər