Həmyerlisi Pol Poqbanı bu kluba çağırdı

Həmyerlisi Pol Poqbanı bu kluba çağırdı

Fransa millisinin və "Olimpik Marsel"in yarımmüdafiəçisi Adrien Rabyo həmyerlisi, hazırda azad agent olan Pol Poqbaya "ağ-göylər"in düşərgəsinə keçməyi məsləhət görüb.

Fanat.Az xəbər verir ki, "Sport.es" onun sözlərini belə təqdim edib:

"Mən Pola Marselə gəlməyi tövsiyə edərdim. Buraya keçidim bu layihəyə inamla bağlı idi. Əla məşqçimiz var. Poqba kimi oyunçular bizə qoşulmağa maraq göstərəndə, buna sevinirəm. Mən onunla oynamaq istəyirəm". 

Qeyd edək ki, "Yuventus" noyabrın 15-də Poqba ilə müqaviləni pozduğunu rəsmən elan edib. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər