Həmyerlisi Messini bu kluba aparır - İDDİA

Həmyerlisi Messini bu kluba aparır - İDDİA

PSJ-nin və Argentina millisinin ulduzu Lionel Messi karyerasını İtaliyada davam etdirə bilər. 

Fanat.Az xəbər verir ki, informasiyanı jurnalist Serxio Qonzales sosial şəbəkə hesabı vasitəsilə yayıb. 

Mənbənin məlumatına görə, argentinalı ilə "İnter" maraqlanır: "Etibarlı mənbə mənə "İnter"in Leonu almaq niyyətində olduğunu söylədi. "İnter" Messi ilə danışıqlarda "Zanetti faktoru"nu işə salmağa hazırlaşır. Argentinalı Milan klubunda əfsanədir. “İnter”də Zanettinin ulduz həmyerlisini razı sala biləcəyinə ümid edirlər". 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər