Almaniya Gənclər Bundesliqasının Cənub zonasında XXVI turun oyunları keçirilib. Fanat.Az xəbər verir ki, milli komandamızın üzvü Renat Dadaşovun komandası “Ayntraxt”ın U-19 komandası “Bavariya”lı həmyaşıdlarıyla üz-üzə gəlib.
Artıq çempionluğu təmin etmiş münhenlilərlə oyun meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Matça start heyətində başlayan Dadaşov 34-cü dəqiqədə komandasının ikinci qoluna imza atıb.
Qeyd edək ki, 26 oyundan sonra aktivində 36 xal olan frankfurtlular turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.
Fanat.Az