"Həmişə Kriştianu Ronaldu ilə eyniyəm" - Dioqu Jota

"Həmişə Kriştianu Ronaldu ilə eyniyəm" - Dioqu Jota

"Liverpul"un portuqaliyalı hücumçusu Dioqu Jota özünü hazırda Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Nəsr"in formasını geyinən həmyerlisi Kriştianu Ronaldu ilə müqayisə edib.

Fanat.Az xəbər verir ki, o, fikirlərini "qırmızılar"ın rəsmi saytına bölüşüb:

"Gənc yaşlarda enerjili olursan, amma çox səhv edirsən. Təcrübə ilə bilik gəlir. Bu mənada mən həmişə Kriştianu Ronaldu ilə eyniyəm. O, 30 yaşından sonra daha çox qol vurub. Yəni ola bilsin ki, 26 yaşda siz hələ də zirvədən çox uzaqdasınız".

"Liverpul"a 2020-ci ildə "Vulverhempton"dan transfer olunan 26 yaşlı Jota cari mövsüm İngiltərə Premyer Liqasında 11 matça çıxaraq 4 qol vurub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər