Hələ Simeone kimisi olmamışdı -Tarixi rekord reallaşdı

Hələ Simeone kimisi olmamışdı -Tarixi rekord reallaşdı

İspaniya çempionatının 14-cü turunda "Alaves"i 2:1 hesabı ilə məğlub edən "Atletiko Madrid"in baş məşqçisi Dieqo Simeone rekorda imza atıb.

Fanat.Az xəbər verir ki, 54 yaşlı mütəxəssis La Liqa tarixində bir komandanı 700 matça çıxaran ilk baş məşqçi olub.

"Atletiko" bu oyunlarda 413 qələbə, 156 heç-heçə və 131 məğlubiyyətlə yadda qalıb.

Xatırladaq ki, Simeone 2011-ci ilin dekabrından indiki postundadır.

Nihat

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər