Hələ ÇL tarixində belə ispaniyalılar olmamışdı

Hələ ÇL tarixində belə ispaniyalılar olmamışdı

PSJ-nin futbolçuları Ferran Torres və Fabian Ruis UEFA Çempionlar Liqasında yeni rekorda imza atıblar.

Fanat.Az İspaniya mətbuatına istinadən xəbər verir ki, sözügedən oyunçular buna Liqa mərhələsinin 1-ci turunda Slovakiya "Slovan"ını 6:1 hesabı ilə darmadağın etdikləri matçda nail olublar.

Hələ ÇL tarixində belə ispaniyalılar olmamışdı

Torres (3) və Ruis (1) birlikdə dörd qola imza atıblar. Bu, qitənin bir nömrəli klub turnirinin tarixində ispaniyalı futbolçuların qeyri-İspaniya komandasının heyətində 4 qol vurduğu ilk haldır.

Əvvəlki rekord üç qol idi. 2010-cu ildə Raul Qonsales və Xose Manuel Xurado "Şalke 04"də (Almaniya), 2013-cü ildə Fernando Torres və Xuan Mata "Çelsi"də (İngiltərə) üç qol vurublar. 2013-cü ildə Alvaro Neqroda "Mançester Siti"də (İngiltərə), 2016-cı ildə Lukas Peres "Arsenal"da (İngiltərə) het-triklə yadda qalıb.

Toğrul

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər