Hələ Fernandeş kimisi olmamışdı

Hələ Fernandeş kimisi olmamışdı

İngiltərə Premyer Liqasının (İPL) 16-cı turu çərçivəsində baş tutan derbidə əzəli rəqibi "Mançester Siti"ni 2:1 hesabı ilə məğlub edən "Mançester Yunayted"in yarımmüdafiəçisi Brunu Fernandeş rekorda imza atıb.

Fanat.Az xəbər verir ki, matçın 88-ci dəqiqəsində "şəhərlilər"in qapısına penaltidən yol tapan portuqaliyalı "qırmızı şeytanlar"ın İPL-də 11 metrlik cərimə zərbəsindən ən çox qol vuran oyunçusu olub.

Fernandeş indiyədək İngiltərə çempionatında "ağ nöqtə"dən 25 dəfə fərqlənmək şansı qazanıb və bunların 21-dən uğurla yararlanıb. O, komandanın sabiq forvardı Ueyn Runini (28 cəhddə 20 qol) geridə qoyaraq mütləq rekordçuya çevrilib.

16 oyuna 22 xal toplayan MY turnir cədvəlinin 13-cü pilləsində mövqe tutub.

Cari mövsüm bütün turnirlərdə 24 matça çıxan Brunu 6 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı onun transfer qiymətini 65 milyon avro ilə dəyərləndirir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər