"Hədəfimiz "Qalatasaray"a qalib gəlməkdir" - Fernandeş

"Hədəfimiz "Qalatasaray"a qalib gəlməkdir" - Fernandeş

"Mançester Yunayted"in yarımmüdafiəçisi Brunu Fernandeş Çempionlar Liqasının qrup mərhəlisinin 5-ci turu çərçivəsində bu gün "Qalatsaray"a qarşı keçirəcəkləri matçdan danışıb.

Fanat.Az xəbər verir ki, o fikirlərini UEFA-nın rəsmi saytına bölüşüb:

"Bizim üçün bu turnirdəki yerimizi qorumaq və Avropanın ən güclü klubları ilə oynamağa davam etmək olduqca vacibdir. Qrupdan çıxmasaq, çox üzücü olacaq. Hədəfimiz bu oyunda qalib gəlməkdir. Stadiondakı isti ab-hava fonunda qələbə qazanmaq istəyirik. Futbolçular belə matçları xoşlayırlar. Bu çağırışdan zövq almalıyıq".

Qeyd edək ki, "Qalatasaray" - "Mançester Yunayted" oyunu Bakı vaxtı ilə 21:45-də başlayacaq. 4 oyuna 4 xal toplayan Türkiyə təmsilçisi A qrupunda 3-cü, 3 xalı olan MY isə 4-cü pillədə mövqe tutub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər