"Heç Ronalduya tərəf tüpürmək də istəmirdim" - Ueyn Runi

"Heç Ronalduya tərəf tüpürmək də istəmirdim" - Ueyn Runi

İngiltərə millisinin və "Mançester Yunayted"in sabiq forvardı - "Derbi Kaunti"nin baş məşqçisi Ueyn Runi tədbirlərin birində Kriştianu Ronaldunu "sancıb".

Fanat.Az xəbər verir ki, "The Sun" onun söylədiklərini belə çatdırıb:

"Kriştianu güclü olsa da, inanılmaz dərəcədə ətiacı adam idi. Ola bilsin ki, indi əvvəlki qədər yaxşı deyil, amma yenə də qıcıqlandırıcıdır.

Məni DÇ-2006-da Ronalduya görə meydandan qovmuşdular... Mən ingilisəm, o isə portuqaliyalıdır. Bir-birimizə rəqib olanda Ronaldudan zəhləm gedirdi. Heç ona tərəf tüpürmək də istəmirdim. Amma oyun başa çatandan sonra dostlaşırdıq".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər