"Heç bir mövqedə güclü deyildik" - Xavi

"Heç bir mövqedə güclü deyildik" - Xavi

"Barselona"nın baş məşqçisi Xavi İspaniya kubokunun 1/16 finalında "İntersiti" üzərində qazanılan qələbəni (4:3) şərh edib.

Fanat.Az xəbər verir ki, "Football Espana" onun dediklərini belə çatdırıb:

“Kubokda belə hallar baş verə bilər. Yeddi birinci liqa komandası, əksəriyyəti aşağı divizionlardan olan komandalarla mübarizədə məğlub olub yarışdan kənarlaşdırıldı.

İşimizi özümüz üçün çətinləşdirmişik. Daha yaxşı ola bilərdi, amma çoxlu qol buraxdıq. Heç bir xətt üzrə güclü deyildik. Xoşbəxtlikdən 1/8 finaldayıq”.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər