Region Liqasında 1/4 final mərhələsinin ilk görüşündə "Füzuli"ni (3:1) məğlub edən "Xan Lənkəran"ın baş məşqçisi İbrahim Uzunca oyunu dəyərləndirib.
Fanat.Az xəbər verir ki, türkiyəli mütəxəssis cavab görüşünün asan keçməyəcəyini, arxayınlaşmamalı olduqlarını deyib:
"Qələbə asan olmadı. Ümumiyyətlə, pley-off görüşlərinin asanı olmur. Oyun intizamına sadiq qalaraq qələbə qazandıq. Əlbəttə, səfərdə iki top fərqiylə qalib gəlmək yaxşı nəticədir. Amma heç bir hesaba zəmanət yoxdur. Odur ki, evdə də bu şəkildə çıxış edib yarımfinala adlamalıyıq. Yetirmələrimdən razı qaldım. Meydan amili işimizi müəyyən qədər çətinləşdirdi. Çünki biz təbii örtükdə oynamağa öyrəşmişik. "ASK Arena" isə süni örtüklüdür. Bununla belə, uşaqlar yaxşı çıxış edib güclü rəqibi üstələməyi bacardılar. Lənkərandakı oyuna daha yaxşı hazırlaşacağıq. Evdə azarkeşlərimizə növbəti mərhələ sevincini yaşatmaq istəyirik. Bu oyunda da xeyli tərəfdarımız var idi. Onlara minnətdarlığımı bildirirəm. Rəhbərlik də daim arxamızdadır, onlara da təşəkkür edirəm".