Dünya çempionatının startı yaxınlaşdıqca mundialla bağlı maraqlı xəbərlər yayımlanır. Braziliya mətbuatı isə belə bir məqamda hazırda həbsdə olan Bruno Fernandes adlı yerli qapıçını xatırlayıb.
"Atletiko Mineyro", "Korintians" və "Flamenqo" kimi aparıcı Braziliya klublarının şərəfini qorumuş 29 yaşlı qolkiper hazırda həbsdədi. Bunun səbəbi isə cinayət hadisəsidi.
Belə ki, Bruno həyat yoldaşının qətlini sifariş verib. Bundan əvvəl isə uşaqlarını qaçıran qapıçı cəsədi gizlətməklə cinayət əməlini daha da sərtləşdirib. Məhkəmə təxminən 3 il əvvəl onu 22 il azadlıqdan məhrum edib.
3 həbsxanada özünü nümunəvi məhbus kimi aparan Fernandesə bu ilin əvvəlində güzəşt edilib. Belə ki, qolkiperə əyalət çempionatında çıxış edən "Montes Klaros" klubu ilə müqavilə bağlamaq icazəsi verilib. İndi o, nəzarət altında oyunlara gedir və yenidən həbsxanaya qayıdır.
Braziliya mətbuatı vaxtı ilə ölkənin ən istedadlı qapıçılarından hesab olunan Brunonun indi Braziliya millisinin formasını geyinməli olduğunu iddia edir. Vaxtı ilə bir yerdə oynadığı yoldaşları dünya çempionatı həyacanı yaşadığıir vaxtda, o, bir səhvinə görə ən yaxşı halda oyunları televiziyadan izləyə biləcək. Təbii ki, həbsxana rəhbərliyi icazə versə...
Fanat.az