"Hə, Eyncel, səninlə mən xirtdəyə qədər zibildəyəm"

"Hə, Eyncel, səninlə mən xirtdəyə qədər zibildəyəm"

"Mançester Yunayted"in gənclər komandasında sabiq üzvü, hazırda Fransanın "Lill" klubunun  şərəfini qoruyan Eyncel Qomes portuqaliyalı çalışdırıcı Joze Mourinyunun onun qəlbini necə qırdığını açıqlayıb.

Fanat.Az xəbər verir ki, Anxelin söylədiklərini "Mirror" belə çatdırıb:

"Bir dəfə U-21-də oyun keçirəndən sonra Mourinyu məni əsas komanda ilə kubok matçına aparmışdı.  Nahar masasının ətrafında əyləşmişdik. O, gəzə-gəzə bütün oyunçularla danışırdı. Sonra mənə baxdı və dedi: "Hə, Eyncel, səninlə mən xirtdəyə qədər zibildəyəm". Elə bildim ki, zarafat edir. Səbəbini soruşanda gənclər komandasındakı çıxşımı xatırlatdı. Yəqin ki, bərbad oynadığımı düşünürdü. Mən isə fərqli fikirdəydim. Son qarşılaşmada pis oynamadığımı güman edirdim. Amma bu sözləri boss demişdisə, deməli, belə idi. 

Onda çox gənc idim. Məndən zəhləsi getdiyi qənaətinə gəldim. Otağıma qayıdıb atama zəng vurdum. Az qala ağlayacaqdım".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər