Hazar karyerasının ən yaxşı mövsümünü yada saldı: "Xüsusi məşqçimiz var idi" 

Hazar karyerasının ən yaxşı mövsümünü yada saldı: "Xüsusi məşqçimiz var idi" 

"Real Madrid"in və "Çelsi"nin keçmiş yarımmüdafiəçisi Eden Hazar karyerasındakı ən yaxşı mövsümdən danışıb.  Fanat.Az xəbər verir ki, “Evening Standard” belçikalının sözlərini belə çatdırıb:  “Ən yaxşı mövsümüm? Bu, Joze Mourinyunun "Çelsi"dəki ikinci mövsümü idi. Daha sonra komanda Premyer Liqanın çempionu oldu və Liqa Kubokunu qazandı. Xüsusi məşqçimiz var idi. Bütün azarkeşlərimizin çox xoşbəxt olduğu matçlardan sonrakı hissləri təsvir etmək mənim üçün çətindir”.  Xatırladaq ki, Hazar ötən ilin payızında futbolçu karyerasını bitirdiyini açıqlayıb.  Yarımmüdafiəçi Belçika millisində 126 oyun keçirib, 33 qol vurub. Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər