Havayı baş məşqçi ilə AVRO-2016-ya

Havayı baş məşqçi ilə AVRO-2016-ya
Rusiya milli komandası AVRO-2016-nın final mərhələsinə vəsiqə qazandı. Ötən gecə seçmə mərhələnin son turu çərçivəsində Çernoqoriyanı qəbul edən və 2:0 hesablı qələbə qazanan ruslar Fransaya birbaşa vəsiqə əldə etdi.
Fanat.az хəbər verir ki, Rusiyanın uğurunda ən maraqlı məqam onların AVRO-2016-ya pulsuz işləyən baş məşqçi ilə vəsiqə qazanmasıdı. Belə ki, Fabio Kapello ilə yollarını ayıran Rusiya Futbol İttifaqı son 4 oyun üçün komandanı ÇSKA-nın baş məşqçisi Leonid Slutskiyə tanşırmışdı. O isə milliyə pulsuz başçılıq etməyə razılıq vermişdi.
Slutskinin başçılığı alğtında 4 oyunda 4 qələbə qazanan Rusiya millisi qitə birincliyində oynamaq hüququ qazandı. İldə 7 milyon avro maaş alan Fabio Kapello isə 6 oyunda cəmi 2 qələbə qazanmışdı.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər