"Tottenhem” rəsmi saytında iki futbolçusunun – Dele Alli və Harri Keynin zədələri ilə bağlı məlumat yerləşdirib.
Fanat.Az-ın sözügedən mənbəyə istinadən məlumatına görə, Keyn Çempionlar Liqasının 1/4 finalının ilk oyununda (meydan sahibləri "Mançester Siti”ni 1:0 hesabıyla yenib) sol pəncəsindən ciddi xəsarət alıb. Həmin görüşdə Allinin də əli sınıb.
Zədəlilərin nə vaxt sıraya dönəcəyi haqda informasiya yaxın günlərdə ictimaiyyətə çatdırılacaq.
Fanat.Az