Harri Keynin cəzalandırmadığı qalmadı

Harri Keynin cəzalandırmadığı qalmadı

"Tottenhem"in hücumçusu Harri Keyn İngiltərə Premyer Liqasının (İPL) 17-ci tururnun oyununda - "Brentford"la matçda (2:2) qollardan birinə imza atıb.

Fanat.Az İPL-in rəsmi "Twitter" hesabına istinadən xəbər verir ki, bununla da Keyn meydanda üz-üzə gəldiyi bütün çempionat iştirakçılarının qapısına yol tapmış olub.

Qeyd edək ki, sözügedən futbolçunun "Tottenhem"lə olan müqaviləsinin müddəti 2024-cü ilə qədərdir. Bu mövsüm İngiltərə millisində və klubunda ümumilikdə 34 matça çıxan Harri 18 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər