Harri Keyni istəyən klublar "Bayern"ə bu qədər ödəyəcəklər

Harri Keyni istəyən klublar "Bayern"ə bu qədər ödəyəcəklər

"Bayern Münhen"in hücumçusu Harri Keyni transfer etmək istəyən klubun Almaniya nəhənginə nə qədər ödəməli olduğu açıqlanıb.

Fanat.Az xəbər verir ki, informasiyanı "Sport Bild" yayıb.

Xəbərə görə, Münhen təmsilçisi 31 yaşlı forvard üçün sərbəstqalma məbləği müəyyənləşdirib - 65 milyon avro. Mənbə ingilis futbolçunun müqaviləsində əksini tapan bəndin 2026-cı ilin qışından qüvvəyə minəcəyini vurğulayıb.

Qeyd edək ki, cari mövsüm bütün turnirlərdə "Bayern" forması ilə 26 matça çıxan Keyn 26 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı onun transfer qiymətini 90 milyon avro ilə dəyərləndirir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər