Dallasda (ABŞ) yaşayan "Tottenhem" azarkeşi həyat yoldaşı ilə birgə 31 saatlıq yol qətt edərək komandasının "Börnli" ilə səfər matçına yollanıb.
Ancaq cütlük xəyalqırıqlığına uğrayıb. Belə ki, ötən gün İngiltərə Premyer Liqasının XIII turu çərçivəsində keçirilməli olan görüş güclü qar yağması səbəbilə təxirə salınıb.
Həmin şəxs başına gələnləri "Twitter" səhifəsinə paylaşıb.
Fanat.Az xəbər verir ki, azarkeşin paylaşımını görən "Tottenhem"in futbolçusu Harri Keyn (Harry Kane) ona belə cavab verib:
“Mən bu tviti indicə aldım. Sənin üçün çox üzgünəm! Matçın ləğv edildiyi bir vəziyyətdə göstərdiyiniz fədakarlığa görə sizi növbəti ev oyunumuzda qonaq etmək istərdim."
Just been sent this tweet and absolutely gutted for you! For your commitment and to make up for the match being called off I’d like to invite you to a home game as my guest when you’re next in London ? //t.co/wB3c8c40HN
— Harry Kane (@HKane) November 28, 2021
Xatırladaq ki, Keyn İngiltərə Premyer Liqasının cari mövsümündə 11 oyun keçirib. O, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Emin