Harri Keyn zədələndi -Klubu açıqlama yaydı

Harri Keyn zədələndi -Klubu açıqlama yaydı

"Bayern Münhen"in hücumçusu Harri Keyn Bundesliqanın 5-ci turunun "Bayer"lə ev oyununda (1:1) topuq nahiyəsindən zədə alıb.

Fanat.Az xəbər verir ki, klubun mətbuat xidmətinin yaydığı açıqlamada belə deyilir.

İngilis futbolçu matçın 86-cı dəqiqəsində Leverkuzen klubunun hücumçusu Amin Adli ilə toqquşmadan sonra əvəzlənib.

“Keyn topuğundan ağrılı zərbə alıb. Ancaq müayinə müsbət dinamika aşkar edib, futbolçunun intensiv müalicəsi davam edir", - məlumatda bildirilib.

Keyn bu mövsüm Münhen klubunda 7 oyun keçirib, 10 qol vurub və 5 məhsuldar ötürmə edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər