"Tottenhem"in ulduz futbolçusu Harri Keynə daha bir elçi var.
Fanat.Az xəbər verir ki, PSJ 29 yaşlı hücumçunun xidmətində maraqlıdır.
Məlumatı "Le Parisien" yayıb.
Paris klubu bu yay hücum xəttini yeniləməyi planlaşdırır. Bir müddət öncə Mbappe də klub rəhbərliyindən komandaya "9" nömrə almağı xahiş etmişdi.
Keyni "Liverpul" da transfer etməyi planlaşdırır. Yayda İngiltərə millisinin üzvü uğrunda gərgin mübarizə gedəcək.
Röya