“Bayern Münhen”in və İngiltərə millisinin hücumçusu Harri Keyn 2026-cı il “Qızıl top” mükafatı ilə bağlı fikirlərini bölüşüb. Fanat.Az xəbər verir ki, informasiyanı "Goal.com" yayıb. İngiltərə millisinin kapitanı bildirib ki, bu mükafatı qazanmaq onun üçün karyerasındakı ən yaxşı fürsətdir. “Düşünürəm ki, hazırda mənim şansım var. Gələcəkdə vəziyyətin necə olacağını isə gözləyib görəcəyik”, - Keyn deyib. 32 yaşlı futbolçu ötən mövsümün həm fərdi, həm də komanda baxımından karyerasının ən yaxşı mövsümü olduğunu vurğulayıb. “Bu mükafatı qazanmaq mənim üçün böyük qürur olardı. Amma qərar əlimdə deyil. Səsvermədə iştirak edənlərin fikrindən asılıdır”, - Keyn bildirib. “Qızıl top”un qalibi oktyabrın 26-da Londonda keçiriləcək mərasimdə açıqlanacaq. Əlisahib İbrahimli
Harri Keyn "Qızıl top" mükafatı haqda danışdı
TREND
Azərbaycan futbolu
10:48
15.10.2026
Həftəiçi oyunlar bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
11:12
11.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
11:47
13.10.2026
"Neftçi" yerlilərə inamı qoruyur, "Turan Tovuz" isə... - Bonus cədvəli
Azərbaycan futbolu
01:20
09.10.2026
"Rakuv" Abdullanı istədi, Puxaç "yox" dedi
Oxşar xəbərlər
Azərbaycan futbolu
18:38
15.10.2026
AFFA-da 2027/2028 lisenziyalaşdırma mövsümünün açılış iclası keçirildi
Azərbaycan futbolu
18:19
15.10.2026
"Qarabağ"ın 3 futbolçusu "Neftçi"yə qarşı oynaya bilməyəcək
Azərbaycan futbolu
17:50
15.10.2026
"Sabah"la oyun ərəfəsində "Qəbələ" qapıçısını itirdi
Azərbaycan futbolu
17:14
15.10.2026
1-ci Liqa: Lider ilk məğlubiyyətin acısını daddı, "Səbail"dən inamlı qələbə