İngiltərə millisinin hücumçusu Harri Keyn yığmanın düşərgəsini tərk edib.
Fanat.Az "Sport24"-ə istinadən xəbər verir ki, baş məşqçi Qaret Sautqeyt Keynin topuğundakı zədəni sağaltmaq üçün Almaniyaya qayıdacağını bildirib.
Keyn ötən gün Braziliya ilə oyunu (0:1) buraxıb, martın 26-da Belçika ilə matçda da meydana çıxmayacaq.
Təcrübəli forvard Bundesliqanın 26-cı turunda "Darmştadt"la oyunda topuğundan zədə alıb.
Mirağa