İngiltərə millisinin və "Tottenhem"in hücumçusu Harri Keyn haqda maraqlı fakt yayımlanıb.
Fanat.Az xəbər verir ki, futbolçu hələ də "Norviç"də oynasaydı (2012-ci ildə o klubda idi) həmin komanda ilə 3 kubok qazanmış olardı - Çempionşip 2018/19, 2020/21 və Çempionşipin pley-off qalibi kuboku.
28 yaşlı forvard "Lester Siti" klubunda (2013-cü ildə) qalsaydı, kubokların sayı dörd olacaqdı - Çempionşip 2013/14, İPL 2015/16, FA Kuboku 2021 və FA Super Kuboku 2021.
Qeyd edək ki, Keyn karyerası ərzində komanda şəklində heç bir mükafat qazanmayıb.
Emin