Haqladıq, 2-ni də qabaqladıq- UEFA ƏMSALLAR CƏDVƏLİ

Haqladıq, 2-ni də qabaqladıq- UEFA ƏMSALLAR CƏDVƏLİ

Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyun gününün ardından UEFA-nın əmsallar cədvəlində dəyişikliklər olub. Fanat.Az xəbər verir ki, “Qarabağ” - “Samtredia” ( 5:0) görüşünün nəticəsi Azərbaycanın irəliləməsini şərtləndirib.

Ağdamlıların zəfəri hesabına qazanılan 0,250 mövsümlük əmsalımızı 1,250-yə yüksəldib.

 

Beləliklə, son 5 ilin nəticələrinə əsasən hesablanan əmsalımız 16,000-a çatıb və cədvəldə bizdən öndə olan iki ölkəni - Bolqarıstanla Belarusu haqlamışıq. Üç ölkənin əmsalı eyni olduğu üçün əlavə göstəricilər nəzərə alınıb. Hesablamalara əsasən hər iki ölkəni qabaqlayan Azərbaycan 23-dən 21-ci pilləyə qalxıb.

 

55 ölkə arasında 20-ci olan İsraili geridə buraxmaq isə asan missiyaya bənzəmir. Yəhudilərdən 1,125 əmsal geridəyik. 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər