Hansı klubumuz yunan forvard alır?

Hansı klubumuz yunan forvard alır?
Yunan forvard Leonidas Kivelidis karyerasını Azərbaycanda davam etdirə bilər. Fanat.az xəbər verir ki, bu barədə Yunanıstan mətbuatı məlumat yayıb.
Həmkarlarımız iddia edib ki, "Kerkira" ilə yollarını ayırdıqdan sonra azad agent olan 27 yaşlı forvardla Azərbaycan klublarından biri maraqlanır. Adı açıqlanmayan klubumuzun etdiyi sərfəli təklifi futbolçunun özü də bəyənib və böyük ethimalla Kivelidisi Premyer Liqamızda görə biləcəyik. 
Qeyd edək ki, ötən mövsüm "Kerkira"da çıxış edən futbolçu 12 oyunda 5 qola imza atıb. 1986-cı ildə Qazaxıstanın Jambıl şəhərində dünyaya gələn yunan hücumçu vətənində "Pierikos", "Eqaleo", "Çaidari", "Panaçaiki", "Doxa" və "Pantrakikos" klublarının formasını geyinib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər