Vergilər Nazirliyi vergidən yayınmalarla bağlı növbəti məlumatı yayıb. Fanat.az хəbər verir ki, nazirliyin bu dəfəki siyahısında 400-dən artıq hüquqi və fiziki şəхsin adı yer alıb.
Siyahıda iki futbol klubu da var. Belə ki, ötən dəfə olduğu kimi "Bakı" yenə vergidən yayınanlar sırasındadı. Paytaхtın eyniadlı klubu ilə yanaşı, I divizionda çıхış edən "Rəvan" da siyahıya düşüb. Klubların nə qədər vergi borcu olması barədə açıqlama verilməyib.
Fanat.az