Hans Erik Ödeqarddan tarixi rekord

Hans Erik Ödeqarddan tarixi rekord

Norveç futbolunda yeni bir rekord müəyyən edilib və bu nailiyyətin arxasında "Arsenal"ın ulduzu Martin Ödeqardın atası dayanır.

Fanat.Az xəbər verir ki, "Lilleström SK" klubunun baş məşqçisi Hans Erik Ödeqard komandanın sükanı arxasına keçdikdən sonra inanılmaz statistikaya imza atıb.

Təcrübəli mütəxəssis rəhbərlik etdiyi 40 rəsmi qarşılaşmada komandasının heç bir məğlubiyyət üzü görməməsini təmin edib. Bu oyunlardan 35-də qələbə qazanan "Lilleström", yalnız 5 dəfə heç-heçəyə razı olub.

Hans Erik Ödeqard bu möhtəşəm seriya ilə komandasını ölkə çempionu edib və Norveçin ən yüksək liqasına vəsiqə qazandırıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər