Hamza Hamzaoğlu yenidən Super Liqada

Hamza Hamzaoğlu yenidən Super Liqada
Türkiyənin "Gənclərbirliyi"nin yeni baş məşqçisi müəyyənləşib.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, Super Liqa təmsilçisi Hamza Hamzaoğluna tapşırılıb. Onun 2019/20 mövsümünün sonuna kimi "Gənclərbirliyi"mi çalışdıracağı bildirilib. Hamzaoğlu  istefaya göndərilən Mustada Kaplanı əvəzləyib.
Qeyd edək ki, "Gənclərbirliyi" hazırda ölkə çempionatında  6 xalla 18 komanda arasında 17-ci pillədə qərarlaşıb. Hamzaoğlu əvvəllər "Malatyaspor", "Eyüpspor", "Dənizlispor", "Akhisarspor", "Qalatasaray", "Bursaspor", "Osmanlıspor", "Antalyaspor" və "Ərzurumspor" kublarını çalışdırıb, Türkiyə millisində məşqçi işləyib (2013-2014). O, 2015-ci ildə "Qaalatasaray"la Super Liqanın, ölkə kubokunun və Türkiyə Super Kubokunun qalibi olub.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər