"Hamınıza açıqlayıram, millinin baş məşqçisi Mourinyu olacaq"

"Hamınıza açıqlayıram, millinin baş məşqçisi Mourinyu olacaq"

Sabiq braziliyalı futbolçusu Karlos Alberto Qomes de Jezus ölkəsinin yığmasını Joze Mourinyunun çalışdıracağını bildirib.

Fanat.Az xəbər verir ki, portuqaliyalı mütəxəssisin rəhbərliyi altında "Portu"da oynamış yarımmüdafiəçinin dediklərini "Mundo GV" belə çatdırıb:

"Bu yeniliyi hamınıza açıqlayıram. Braziliya yığmasının baş məşqçisi Mourinyu olacaq. O, mənim də məşqçilər korpusunda yer almağımı xahiş edib".

Qeyd edək ki, hazırda "Roma"nın "sükanı arxası"nda olan Mourinyu indiyədək milli komandaları çalışdırmayıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər