Kiyev "Dinamo"sunun baş məşqçisi Mirça Luçesku Lionel Messinin "Barselona"nı PSJ-yə dəyişməsindən danışıb.
Fanat.Az xəbər verir ki, rumıniyalı çalışdırıcının sözlərini "Telekomsport" belə çatdırıb:
"Messinin nə düşündüyünü deyə bilmərəm, amma 34 yaşda başqa komandaya keçmək, ora uyğunlaşmaq asan iş deyil. "Barselona"da hamı Lionel üçün oynayırdı. Argentinalı isə meydanda belə desəm, yeriyir, oyun ərzində 8 kilometrdən çox məsafə qət etmirdi. Yalnız top ayağına düşəndə əsas fiqura çevrilirdi. Yəni belə oynamasına icazə verilirdi".
Nihat