Bu gün Braziliyada ölkə çempionatının "Atletiko Mineiro" - "Qremio" oyunu keçirilib.
Fanat.Az xəbər verir ki, meydan sahibləri rəqibini 2:1 hesabı ilə məğlub edib.
Qalib komandanın qollarından birini Halk penaltidən vurub. "Globo"-nun məlumatına görə, 38 yaşlı forvard üçün bu, mineyroluların heyətində vurduğu 113-cü qol olub.
Beləliklə, Halk Dieqo Tardellini (112) üstələyərək komandanın 21-ci əsrdə ən yaxşı bombardiri olub.
Mirağa