Hakimlərimiz Antalyada daha 3 oyun idarə edəcəklər

Hakimlərimiz Antalyada daha 3 oyun idarə edəcəklər

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən Azərbaycan hakimləri daha üç yoxlama oyununu idarə edəcəklər.

Fanat.Az xəbər verir ki, yanvarın 10-da “Maqdeburq” - “Dinamo” (Kiyev) matçında Rauf Allahverdiyev, “Novi Pazar” – “Gangwong” görüşündə Əkbər Əhmədov, yanvarın 11-də isə “Hermanstadt” - “Neftçi” (Ferqana) qarşılaşmasında Kamran Əliyev baş hakim olacaq.   10 yanvar   15:00. “Novi Pazar” (Serbiya) – “Gangwong” U-23 (Cənubi Koreya) Baş hakim: Əkbər Əhmədov Baş hakimin köməkçiləri: Teymur Teymurov, Kərim Zeynalov   16:00. “Maqdeburq” (Almaniya) – “Dinamo” (Kiyev, Ukrayna) Baş hakim: Rauf Allahverdiyev Baş hakimin köməkçiləri: Rəhman İmami, Tərlan Talıbzadə   11 yanvar   16:00. “Hermanstadt” (Rumıniya) – “Neftçi” (Ferqana, Özbəkistan) Baş hakim: Kamran Əliyev Baş hakimin köməkçiləri: Şirmamed Mamedov, Gülnurə Əkbərzadə   Qeyd edək ki, yanvarın 8-də Rumıniyanın “Universitatea Cluj” və Cənubi Koreyanın “Gangwon” klubları arasında təşkil olunan yoxlama oyununun baş hakimi Əli Əliyev olub. 

Hakimlərin Türkiyə toplanışı yanvarın 12-də başa çatacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər