Hakimlərimiz Albaniyaya uğur gətirdi

Hakimlərimiz Albaniyaya uğur gətirdi
Azərbaycanlı hakimlər briqadası 21 yaşadək futbolçular arasında AVRO-2015-in seçmə mərhələsinin oyununu idarə edib. Fanat.az xəbər verir ki, Rəhim Həsənovun başçılıq etdiyi briqada Macarıstan - Albaniya oyununda ədaləti qoruyub.
Bu oyunda Həsənova Yaşar Abbasovla Namiq Hüseynov yardım edib. Dördüncü hakim funksiyasını isə Əliyar Ağayev yerinə yetirib.
 
Qarşılaşmaya gəlincə, albanlar səfərdə 2:0 hesabı ilə qalib gəlib. Həsənov 75-ci dəqiqədə Vasil Şkurtajın, 8 dəqiqə sonra Herolind Şalanın qollarını qeydə alıb. Referi matçdakı iki sarı vərəqələri də qonaqlara göstərib. Belə ki, 58-ci dəqiqədə İmran Bunyaku, 85-ci dəqiqədə isə Herolind Şala cəzalanıb. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər