AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az xəbər verir ki, komitə üzvləri I divizionun XV turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib:
“Şəmkir” - “Şahdağ” matçında “Şahdağ”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur.
- Oyunun 90+3-cü dəqiqəsində “Şahdağ”ın futbolçusu Vüsal Səfərov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 200 manat cərimə olunur.
- Oyun başa çatdıqdan sonra “Şəmkir”in baş məşqçisi Kamran Əlibabayev hakimlər briqadasını təhqir etdiyinə görə 5 oyun cəzalanır, klub 500 manat cərimə olunur.
MOİK - “Bakı” matçının 18-ci dəqiqəsində “Bakı”nın futbolçusu Elxan Əhmədov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.
“Şərurspor” - “Göyəzən” matçının 75-ci dəqiqəsində “Göyəzən”in futbolçusu Cəlal Cəlalzadə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.
Fanat.az