Hakimlər Yunanıstan çempionatının oyunlarını boykot etdilər - QALMAQAL

Hakimlər Yunanıstan çempionatının oyunlarını boykot etdilər - QALMAQAL

Yunanıstanlı hakimlər federasiyanı təhlükəsizlikləri təmin olunmayana qədər ölkə çempionatının oyunlarında idarəçilikdən imtina edəcəkləri ilə hədələyiblər.

Fanat.Az xəbər verir ki, "Reuters" ədalət təmsilçilərinin bununla bağlı yerli futbol qurumuna ünvanladığı məktubun mətnini yayıb. 

“Son illərdə yunan və xarici arbitrlər daimi hədəfə, günah keçilərinə çevriliblər. Zorakılıq, təhdidlər, şifahi və fiziki hücumlar... Bunlar futbolu çirkinləşdirən faktlardan yalnız bir neçəsidir.

Nəticədə Yunanıstan çempionatının yüksək divizionunun hakim və köməkçiləri 14-cü turdan etibarən təhlükəsizliyimizə uyğun şərait yaranana qədər heç bir oyunu idarə etməmək qərarına gəliblər. Bu qərarla biz özümüzü və ailəmizi qorumaq istəyirik”.

Qeyd edək ki, Yunanıstanda hakimlərin qorxuları əsassız deyil. Məsələn, 2018-ci ildə PAOK-un prezidenti İvan Savvidi AEK-lə matçın baş hakimini silahla hədələyib. Bundan başqa, hakimlərin evləri və maşınları tez-tez azarkeşlər tərəfindən yandırılır.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər