Hakimlər Komitəsi sabiq FIFA referisini cəzalandırdı

Hakimlər Komitəsi sabiq FIFA referisini cəzalandırdı

AFFA Hakimlər Komitəsi Azərbaycan Premyer Liqasının XXI turunun “Kəpəz” - AZAL matçındakı qalmaqallı epizodla əlaqədar tədbir görüb. Bu barədə "Report"a komitənin sədri Xaqani Məmmədov məlumat verib.

O, bildirib ki, Gəncədə baş tutmuş qarşılaşmada AZAL-ın futbolçusu Alamadine Omega Robertsin meydan sahiblərinin oyunçusuna qarşı aqressiv davranışı səbəbindən cəzasız qalmasının məsuliyyəti referi Orxan Məmmədovun üzərinə düşür: "Burada səhv baş hakimdədir, epizodu gözdən qaçırıb. Yan xətt hakimi Mübariz Haşımovun günahı yoxdur. Orxan Məmmədov cəzalanıb. Lakin cəzanın nədər ibarət olduğunu açıqlamaq istəmirəm".

AFFA İntizam Komitəsi “Kəpəz” - AZAL matçının videoyazısını izlədikdən sonra A.Robertsin rəqib oyunçuya qarşı aqressiv hərəkətə yol verdiyini təsbit edib. Bu səbəbdən, liberiyalı futbolçu 3 oyunluq cəzalanıb və kluba 2 400 manat cərimə kəsib. Eləcə də, görüşün hakimi haqqında lazımi ölçü götürüb, komitənin məlumatlandırmasına dair qərar verilib.

Qeyd edək ki, adətən AFFA Hakimlər Komitəsi ciddi səhvlərə yol verən ədalət təmsilçilərini 5 oyunluq cəzalandırır.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər