Hakimlər Departamentində ayrılıq

Hakimlər Departamentində ayrılıq

Viktor Kaşşayi Rusiya Hakimlər Departamentinin rəhbəri vəzifəsindən ayrılıb.

Fanat.Az xəbər verir ki, macarıstanlı mütəxəssis 2020-ci ilin yanvarında sözügedən posta təyin edilmişdi və müqaviləsi 2022-ci ilə qədər qüvvədə idi.

Karyerasını 2019-cu ildə başa vuran sabiq referi ayrılarkən "Təyin olunduğumuz andan etibarən, rus hakimliyini təkmilləşdirmək üçün yeni sistem hazırladıq. 2020-ci ilin yanvar ayından bəri Rusiyada altı hakim elit səviyyəyə yüksəldi. Avropa çempionatına, Olimpiadaya, futzal və çimərlik futbolu üzrə Dünya Kubokuna hakim göndərdik. Rusiyalı hakimlər Avropa Superkuboku və Olimpiadanın finalına (qadın) təyinat aldılar. Nəticələrlə fəxr edirəm".

Yerli mətbuat Kaşşayi ilə birlikdə işləyən və Moskvadakı vəzifəsinə görə FIFA köməkçiliyindən çıxan macarıstanlı Georgi Rinqin də rus hakimlərə vida mesajı göndərdiyi, onun da Rusiya Futbol Assosiasiyasından ayrılacağını haqda xəbər yayıb. İddiaya görə, Kaşşayi Sandor Puhlun ölümündən sonra MLSZ-də çalışmaq üçün Macarıstana qayıdıb. Qeyd edək ki, tanınmış hakimin karyerasının ən yüksək nöqtəsi 2010/11 mövsümündə Çempionlar Liqasının final oyununu idarə etməsidir.  Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər