İtailyanın "Cenoa" klubunun azarkeşləri "Fiorentina" ilə baş tutacaq 21-ci turun qarşılaşmasını boykot edəcəklər. Fanat.az xəbər verir ki, buna səbəb "Napoli"yə qarşı səfərdə baş tutan oyunda (1:2) hakimin verdiyi qərarlar olub.
Belə ki, azarkeşlərin fikrincə, Qonsalo İquainin vurduğu ilk qol oyundan kənar vəziyyətdən, 2-cisi isə ədalətsiz təyin olunmuş penaltidən sonra qeydə alınıb.
Fanat.az