Hakim Neymardan avtoqraf istəyib - Rəqib baş məşqçidən ittiham

Hakim Neymardan avtoqraf istəyib - Rəqib baş məşqçidən ittiham

Çempionlar Liqasının IV turunda "Laypsiq" öz meydanında PSJ ilə heç-heçə edib - 2:2. 

Fanat.Az "Goal" saytına istinadən xəbər verir ki, almanların baş məşqçisi Cessi Marş matçın hakimi Andreas Ekberqi ayrıseçkilikdə ittiham edib. 

42 yaşlı mütəxəssis referiləri top klublara simpatiya bəsləməkdə günahlandırıb. Hətta oyundan sonra Ekberqin Neymardan aftoqraf istədiyini də qeyd edib. 

Xatırladaq ki, Marş matçın ilk yarısında Ekberqin qərarlarına etiraz etdiyi üçün sarı vərəqə ilə cəzalandırılıb.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər